Dünya Bankı: Cənubi Qafqazda istehsalın kəskin artımı gözlənilir
Bu ilin III rübündə Cənubi Qafqazda COVID-19 xəstəliyinə yoluxmada artım müşahidə edilib, yoluxma halları Azərbaycan və Gürcüstanda əvvəlki pik səviyyələrdən xeyli yüksək olub.

Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.

Sənədə əsasən, IV rübdə Cənubi Qafqazda COVID-19 xəstəliyinə yoluxmalar azalmağa və ya stabilləşməyə başlasa da, ölüm halları yüksək olaraq qalmaqdadır. Yoluxmaların artmasının qarşısını almaq üçün Azərbaycan və Gürcüstan seçilmiş məhdudiyyətləri yenidən tətbiq edib.

Avropa və Mərkəzi Asiyanın (ECA) alt bölgələri arasında Cənubi Qafqaz, keçən il istehsalın ən kəskin çöküşünü yaşadı və iqtisadiyyat 5 %-dən çox azalıb. Cünki, iqtisadi çöküş pandemiya təsiri ilə yanaşı Ermənistan və Azərbaycan arasında silahlı münaqişə nəticəsində daha da şiddətlənib.

Cənubi Qafqazda istehsalın, istehlakdakı və ixracatdakı sürətli bərpa ilə dəstəklənərək, bu il 5,8 % kəskin artımı gözlənilir.

Sənədə əsasən, iqtisadi artım regionda gələn il 3,9 %, 2023-cü ildə isə 3,6 % səviyyəsində reallaşacaq.

Azərbaycanda iqtisadi böyümənin, OPEC+ istehsal kvotalarındakı artırmın dəstəklədiyi, enerji istehsalı ilə daha da dəstəklənməsi gözlənilir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər