Bu il gürcü giləmeyvələri ilk dəfə İsraildə satılacaq - Giləmeyvə İstehsalçıları Assosiasiyası
Bu il ilk dəfə gürcü giləmeyvələri İsraildə satılacaq - giləmeyvə istehsalçıları assosiasiyasının sədri Business Press News-a bildirib.

İzolda Kitesaşvilinin sözlərinə görə, İsraildə satmaq üçün böyürtkən fermerlərdən 3,5 dollara, moruq isə 5-6 dollara alınacaq.

“Məhsul götürmək üçün bütün hazırlıq işləri görülüb. İndiyə qədər prosesin yaxşı getdiyini söyləmək olar. İyunun əvvəlindən yetişməyini gözləyirik, amma açıq-aydın, bu, hələ də havadan asılı olacaq.

Builki məhsulun Rusiyaya çıxarılıb-çıxarılmayacağını hələ dəqiq bilmirik. Biz müqavilə bağlamaq mərhələsində deyilik. Bununla belə, bilirik ki, bu il ilk dəfə gürcü giləmeyvələri İsraildə satılacaq. İsrail vətəndaşının Kvenatkotsa kəndində soyuducu ferması var. Artıq o, bizimlə əlaqə saxlayıb və bildirib ki, İsrail bizə böyürtkən və moruq idxal etmək hüququ verib. 1 kq böyürtkən üçün 3,5 dollar, moruq üçün isə 5-6 dollar vəd edirik ki, bu da çox yaxşı qiymətdir. İndi ən vacib olan məhsulların keyfiyyətidir",
- deyə Kitesaşvili bildirib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər