Marneuli meriyası pərdə-jalüzlərin alınmasına 7540 lari xərcləyib
Marneuli yerli özünüidarəsi meriya binası üçün pərdə-jalüzləri sadələşdirilmiş qaydada alıb.

Meriyanın Maddi-Texniki Təminat Şöbəsinin rəhbəri Besik Sexniaşvili tərəfindən meriyaya yazılmış izahatnaməyə görə, meriyada yeni pərdə-jalüzlərin alınmasına pərdə-jalüzlərin sıradan çıxması səbəb olub.

Marneuli yerli özünüidarəsi pərdə-jalüzlərin alınması üçün sadələşdirilmiş qaydada “Lako” MMC ilə müqavilə bağlayıb. Meriya 127,80 kv.m pərdə-jalüzlərə 7540 lari 20 tetri ödəyib.

Meriya və “Lako” MMC arasında bağlanmış müqaviləyə görə, şirkət pərdə-jalüzləri yerli özünüidarəyə 29 fevral tarixinə qədər təhvil verməlidir.

Print Email
FaceBook Twitter Google