21 fevral tarixində Azərbaycanın Energetika Nazirliyinin
tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə
Gürcüstan Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası
(GMETK) arasında enerji tənzimlənməsi sahəsində anlaşma memorandumu
imzalanıb.
Məlumata görə, sənədi AERA-nın İdarə Heyətinin sədri Samir Axundov
və GMETK-in sədri Davit Narmania imzalayıblar.
Memorandum energetika sahəsində tənzimləmə üzrə əməkdaşlığın
inkişaf etdirilməsi və möhkəmləndirilməsi, habelə qurumlar
arasında
ikitərəfli münasibətlərin inkişafı üçün əlverişli şəraitin
yaradılması məqsədini daşıyır.
Anlaşma memorandumu çərçivəsində tərəflər energetika sahəsində
tənzimləmə üzrə təcrübələrini bölüşəcək, bu sahədə qanunvericiliyin
təkmilləşdirilməsinə dair məlumat mübadiləsi aparacaq, müxtəlif
təlim proqramları üzrə, o cümlədən bərpa olunan enerjinin və enerji
səmərəliliyinin tənzimlənməsi istiqamətində təlimlər təşkil
edəcəklər.
Qeyd edək ki, AERA və GMETK arasında uzunmüddətli tərəfdaşlıq
əlaqələri mövcuddur. Bu iki tənzimləyici qurum Enerji
Tənzimləyiciləri Regional Assosiasiyası (ETRA) çərçivəsində uğurla
əməkdaşlıq edir.
İmzalanmış memorandum Azərbaycan və Gürcüstanın tənzimləyici
qurumları arasında məhsuldar tərəfdaşlığın genişləndirilməsində
mühüm mərhələnin başlanğıcıdır.
Mənbə: report.az