Batumidə dörd yeniyetməni dilənməyə məcbur edən ana və xala saxlanılıb
Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları həyata keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində yetkinlik yaşına çatmamışı şəxslərlə alver faktı üzrə, hakimin hökmü əsasında, 1997-ci il təvəllüdlü A.P.-nı və 1984-cü il təvəllüdlü K.P.-nı saxlayıblar.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, istintaq nəticəsində aydın olub ki, saxlanılan şəxslər son bir il ərzində uşaqlarını və bacısı uşaqlarını, 6 yaşından 12 yaşınadək dörd yetkinlik yaşına çatmamış uşağı təzyiq və fiziki zorakılıq yolu ilə, sistematik müşahidə altında vətəndaşlardan pul dilənməyə məcbur edirdilər, onlar tərəfindən toplanan pulu isə bütövlükdə mənimsəyirdilər.

Törədilmiş cinayətə görə 14 ildən 17 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur
.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər