Bu gün, 18 yanvar tarixində Marneuli şəhərinin Rustaveli küçəsində
avtomobil yanıb.
Hadisə şahidləri “Marneuli” radiosuna bildirdilər ki, minik
avtomobilində hərəkət edən zaman yanğın baş verib.
“Maşın adi qaydada gəlirdi, birdən yanğın baş verdi.
Yəqin elektrik sistemində problem olub. Xoşbəxtlikdən sürücü maşını
tez saxladı”, – hadisə şahidi bildirdi.
Maşında yanğın təxminən saat 11:30 radələrində yaranıb. Alovu
maşının sahibi və Rustaveli küçəsində yerləşən biznes obyektlərin
əməkdaşları söndürüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.