Zuqdididə avtomobil oğurluğuna görə üç nəfər həbs olunub
Zuqdidi Polis Şöbəsi avtomobil oğurluğuna görə 3 nəfəri həbs edib.

Onlar Zuqdidinin mərkəzində, Qamsaxurdia küçəsində "Nissan Navara" markalı avtomobili oğurlamaqda ittiham olunurlar. Hadisə 8 mart tarixində baş verib.

Polis oğurlanan maşını sökülmüş halda tapıb.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq aparılır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər