Yanğın nəticəsində bir qadın dünyasını dəyişib
Tsalencixada yanğın nəticəsində bir nəfər dünyasını dəyişib. Evdə tək qalan 78 yaşlı qadın həlak olub.

Hadisə qısa müddət əvvəl Nakipu kəndində baş verib.

Təcili yardım xidmətindən "İnfo Rustavi"-yə verilən məlumata görə, hadisə yerində 5 yanğın-xilasetmə qrupu işləyirdi.

"Ev yanırdı, yanğın söndürüldü, hadisə yerində 5 xilasetmə heyəti işləyirdi. Yanğın söndürüldükdən sonra yanğınsöndürənlər bir nəfərin cəsədini aşkarladılar", – deyə qurumdan bildirilib.

Yanğının səbəbləri hələ ki, məlum deyil.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər