Bələdiyyə Müfəttişliyi Tbilisinin 3 rayonunda qanunsuz tikilmiş binaların sökülməsinə başlayıb
Bələdiyyə Müfəttişliyi Tbilisinin 3 rayonunda qanunsuz tikilmiş binaların sökülməsinə başlayıb.

Tbilisi Bələdiyyə Müfəttişliyinin verdiyi açıqlamaya görə, Didi Diğomi, Ağmaşenebeli Xiyabanı və Diğomi 8-də qanunsuz tikilmiş bir neçə bina və tikili sökülüb.

“Yoxlama nəticəsində dövlətə məxsus torpaq sahələrində iki ay əvvəl Tbilisi Bələdiyyə Müfəttişliyi tərəfindən beş qeyri-qanuni tikili aşkar edilib.

Araşdırma zamanı binaların qeyd olunan ünvanda icazəsiz tikildiyi məlum olub. Bələdiyyə Müfəttişliyi Bələdiyyə başçısının göstərişi ilə qanuna uyğun olaraq onların sökülməsi prosesinə başlayıb”,
– açıqlamada bildirilib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər