Polis 1239 qanun pozuntusu faktını aşkar edib
Son 24 saat ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə daxilində qüvvədə olan qaydaların pozulması ilə bağlı 1239 fakt aşkar ediblər.

Polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndi ilə 121 nəfər cərimələyib.

Cərimə olunanlar arasında axşam 9-dan səhər 5-ə qədər hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var.

Bundan əlavə, son 24 saat ərzində 952 şəxsə maska taxma qaydasını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən cərimə tətbiq olunduğu halda, maska taxma qaydasının təkrarən pozulması ilə bağlı 166 hadisə aşkar edilmişdir.

Daxili İşlər Nazirliyi vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırır, əks halda qanunla nəzərdə tutulmuş müvafiq tədbirləri tətbiq ediləcəyini xəbərdarlıq verir.

Maska taxma qaydasının pozulması İnzibari Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyət və 20 lari məbləğində cərimə ilə nəticələnir, maska taxma qaydasının dəfələrlə pozulmasına görə isə İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən 40 lari cərimə nəzərdə tutulur.

Təcrid və karantin qaydalarının pozulması, İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən inzibati məsuliyyətə səbəb olur və fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10000 lari cərimə olunur. Təkrar olunan cərimələr cinayət məsuliyyətinə səbəb olur.

Gürcüstan ərazisindəki bütün şəxslər, Gürcüstanın xalq sağlamlığı haqqındakı qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar. Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırıb.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər