Marneulidə qəza nəticəsində bir nəfər dünyasını dəyişib
Marneul-Sadaxlı yolunun Tsereteli kəndi yaxınlığında avtomobil piyadanı vurub.

Qəza nəticəsində 75 yaşlı kişi yerindəcə dünyasını dəyişib.

Şahidlərin "Marneuli" radiosuna verdiyi məlumata görə, 75 yaşlı kişi yolu keçərkən maşın onu vurub. Ehtimal olunur ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Tseretli kəndindəndir.

Hadisə yerinə hüquq-mühafizə orqanları və ekspert kriminalistlər qrupu səfərbər olunub.

Print Email
FaceBook Twitter Google