Polis Yuxarı Saralda baş vermiş qətl hadisəsinə görə bir nəfəri saxlayıb (VİDEO)
DİN-nin Kvemo Kartli polis Departamentinin əməkdaşları aparılan operativ tədbirlər nəticəsində Marneuli bələdiyyəsində baş vermiş qətl və adam öldürməyə cəhd faktları ilə bağlı 1992-ci il təvəllüdlü E.A.-nı saxlayıb.

O, ailənin iki və daha artıq üzvünə qarşı amansızlıqla törədilmiş qəsdən adam öldürmə və ailənin iki, yaxud daha çox üzvünə qarşı qəsdən adam öldürmə cəhdində ittiham olunur. Törədilmiş cinayətə görə 16 ildən 20 ilə qədər həbs cəzası nəzərdə tutulur.

İstintaq nəticəsində aydın olub ki, müttəhim cari ilin 21 iyul tarixində, gecə saatlarında Marneuli bələdiyyəsində keçmişdə baş vermiş münaqişə zəminində, keçmiş həyat yoldaşı 1994-cü il təvəllüdlü Q.P. və onun atası 1969-cu il təvəllüdlü İ.P.-ni yaşadıqları evdə odlu silahdan atəş açaraq qətlə yetirib. Həmin vaxt evdə olan Q.P.-nın anası, 1974-cü il təvəllüdlü S.A. və keçmiş həyat yoldaşının qardaşı 1996-cı il təvəllüdlü A.P.-ya odlu silahdan atəş açaraq öldürməyə cəhd edib. Daha sonra hadisə yerindən qaçaraq gizlənib. Yaralanmış S.A. və A.P. xəstəxanaya yerləşdiriliblər və onlara müvafiq tibbi yardım göstərilib. Onlar həyatları üçün təhlükə yoxdur.

Polislər müttəhimi isti izlərlə, bir neçə saat ərzində saxlayıb. Polislər hadisədə istifadə olunmuş odlu silahı – tapançanı maddi sübut kimi müsadirə ediblər.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima, 109-cu maddəsinin 2-ci hissəsinin "v" bəndi və 3-cü hissəsinin "a" bəndi, eləcə də 11 prima-19-109-cu maddələrin 2-ci hissəsinin "a" bəndi ilə istintaq aparılır.


Mənbə: police.ge
Print Email
FaceBook Twitter Google