Zuqdididə orta yaşlı bir kişi öldürülüb, oğlu isə yaralanıb
Zuqdidinin Tolstoy küçəsində 65 yaşlı bir kişi güllələnib. O, hadisə yerindəcə dünyasını dəyişib.

Əldə olunan məlumata görə, dünyasını dəyişən şəxsin oğlu da yaralanıb. Hadisədən əvvəl mübahisə baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, kişi həmin küçədəki yanacaqdoldurma məntəqəsinin sahibidir.

Yerli sakinlərin dediyinə görə, naməlum bir kişi ata və oğula yaxınlaşaraq, onlara bir neçə dəfə atəş açıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər