Şida Kartli polisi bir nəfəri qəsdən adam öldürmə ittihamı ilə saxlayıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, Şida Kartli polisi bir nəfəri qəsdən adam öldürmə ittihamı ilə saxlayıb.

"Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində 1988-ci il təvəllüdlü Q.B.-nı qəsdən adam öldürmə ittihamı ilə saxlayıb. Bu cinayətə görə 7 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il mayın 21-də mübahisə zəminində 1965-ci il təvəllüdlü C.P.-yə ölümcül güllə yarası yetirib, o, aldığı yara nəticəsində hadisə yerində ölüb.

Aparılan araşdırmalar nəticəsində hüquq-mühafizə orqanları təqsirləndirilən Q.B. hadisədən iki gün sonra saxlanılıb.

Polis təqsirləndirilən şəxsin şəxsi və yaşayış evinə baxış zamanı maddi sübut kimi odlu silah və döyüş sursatı götürüb”,
- deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Agentliyin məlumatına görə, Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər