26 yaşlı oğlan yol qəzasında dünyasını dəyişib
Telavi-Kvarelini birləşdirən yolda baş verən yol-nəqliyyat hadisəsi qurbanla başa çatıb.

“İnfo Rustavi” xəbər agentliyinin verdiyi məlumata görə, minik avtomobilinin sürücüsü sükanı idarə edə bilməyib yolun hərəkət hissəsindən çıxıb və ağaca çırpılıb, nəticədə 26 yaşlı oğlan ağır xəsarət alıb.

Təcili yardım briqadası yaralını tibb müəssisəsinə aparıb, lakin yaralı şəxsin aldığı xəsarətlər ağır olub və ölüb.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər