Batumi bulvarında batutda xəsarət alan 9 yaşlı uşaq dünyasını dəyişib
Dünən, martın 12-də Batumi bulvarında xəsarət alan 9 yaşlı uşaq dünyasını dəyişib. Həmin uşaqla birlikdə batutda olan 3 yaşlı qardaşının isə vəziyyəti ağırdır. O, başından xəsarət alıb.

Qardaşlar dünən gecə yaralanıblar - onların oynadıqları batutu güclü külək uçurub. Hadisə gec saatlarda, saat 23:00-dan sonra baş verib. Uşaqların anası ukraynalı, atası gürcüdür.

Attraksionun icarəçiləri Batumi Bulvarı ilə müqavilə bağlayıblar. Batumi Bulvarının mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır - daha sonra açıqlama veriləcək.

Faktla bağlı Daxili İşlər Nazirliyində 240-cı (təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan) maddəsi ilə istintaq başlayıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər