28 mart tarixində Azərbaycan milli məclisinin deputatı Fazil
Mustafa yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər
tərəfindən güllələnib.
Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin
mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerinə əməliyyət-istintaq qrupu cəlb edilib.
Hadisənin törətməkdə şübhəli bilinən şəxs axtarılır.
Əlavə olunub ki, deputatın vəziyyəti qənaətbəxşdir.
Azərbaycanın Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında isə
bildilir:
"Milli Məclisin deputatı Fazil Mustafanın
paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan
açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi
başlanıb".
TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın
xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub,
dərhal həkim briqadası cəlb edilib.
"Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası
diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi
davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati
təhlükəsi yoxdur".
Deputat Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasına gətirilib və hazırda əməliyyat olunub, həyati üçün
təhlükə yoxdir.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Milli
Məclisin deputatı Fazil Mustafaya qarşı silahl hücumun terror aktı
olduğunu bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında
deyilir ki, martın 28-də Bakı vaxtı ilə saat 21:51-də Azərbaycan
Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı
evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi,
Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat
silahından atəş açılaraq terror aktı törədilib.
“Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ
çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə
yarası almışdır. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti
stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur. Faktla
bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin
və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq
və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına
sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini,
döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə
cinayət işi başlanılmışdır.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan
digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb
olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq
tədbirləri həyata keçirilir”, – məlumatda qeyd
edilir.
Mənbə: turan.az