DİN: Kedada sürüşmə, Xuloda qar uçqunu, 2 nəfər ölüb, onlardan biri polisdir
Gürcüstanın Xulo və Keda rayonlarında torpaq sürüşməsi və qar uçqunu nəticəsində polis əməkdaşı və yaşlı qadın ölüb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Keda rayonu polis bölməsinin kiçik müfəttişi Temur Baramidze Soniarisi kəndində öz evində ölüb. O biri hadisə isə Txilvani kəndində baş verib. Uçqunlar altında yaşı ər-arvad qalıb. Qonşuları kişini xilas edə biliblər.

Daxili İşlər Nazirliyinin müxtəlif qurumlarının nümayəndələri təbii fəlakət yerindədir, müvafiq texnikalar səfərbər olunub və aktiv iş rejimində işlər aparılır.

"Qərbi Gürcüstanın bir sıra digər bölgələrində də təbii fəlakət baş verib, orada müvafiq xidmətlər, o cümlədən Daxili İşlər Nazirliyinin müxtəlif bölmələri səfərbər olunub", - Daxili İşlər Nazirliyi bildirir.

Gürcüstanın Baş naziri postuna namizəd İrakli Kobaxidze faciə ilə bağlı başsağlığı verib.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər