“Enerqo-Pro Georgia” şirkətinin əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
Qəza nəticəsində Ozaani kənd sakini, “Enerqo-Pro Georgia” şirkətinin əməkdaşı Şalva Xatiaşvili ölüb.

Şirkətin Kaxeti rayonundan olan 4 əməkdaşı İmeretiyə, Saçxere rayonu göndərilib. Qrup təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün işləyib.

Mövcud məlumata görə, xidməti vəzifələrinin icrası zamanı elektrik dirəyi qırılıb və nəticədə bir nəfər ölüb. Xatiaşvilinin 48 yaşı var idi, onun həyat yoldaşı və üç övladı qalıb.

Şirkət fevralın 6-da bildirib ki, Gürcüstanın qərbində güclü külək, yağış və qar yüksək gərginlikli elektrik xətlərinin və qidalandırıcıların hissələrini zədələyib.

Mtsxeta-Mtianeti, Kvemo Kartli, Kaxeti və Samtsxe-Cavaxetidən təbii fəlakət bölgələrinə “Enerqo-Pro Georgia”nın texniki xidmətinin əlavə briqadaları göndərilib.

Mənbə: mtavari.tv
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər