DİN: Tbilisidə və regionlarda qanunsuz odlu silahlar müsadirə edilib, 20 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, son vaxtlar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Tbilisi şəhərində və rayonlarda qanunsuz odlu silah və döyüş sursatı götürülüb. 20 nəfər həbs edilib, 1 nəfər ifşa olunub.

Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə faktları üzrə Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə araşdırma aparılır. Cinayət 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər