Kutaisidə baş vermiş qəza nəticəsində iki piyadanın ölümü ilə bağlı bir nəfər saxlanılıb

Kutaisidə yol qəzası nəticəsində iki piyadanın ölümü ilə bağlı 1 nəfər saxlanılıb - məlumatı Tabulaya Daxili İşlər Nazirliyi təsdiqləyib.


Hadisə dünən, fevralın 15-də baş verib.

Tabulaya Daxili İşlər Nazirliyindən verilən məlumata görə,
hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq başlayıb. Maddə insan tələfatına səbəb olan yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasından bəhs edir.

Mənbə: Tabula

 

Print Email
FaceBook Twitter Google