Tbilisidə 24 yaşlı gənci qətlə yetirən iki nəfər saxlanılıb
Tbilisidə 24 yaşlı gənci qətlə yetirən iki nəfər saxlanılıb. Bu barədə məlumatı “İnterpress News”a Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Xatırladaq ki, hadisə Aleksandr Çavçavadze küçəsində baş verib. Əldə olan məlumata görə, gənc oğlana odlu silahdan atəş açılıb. Yaralı klinikaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah saxlama və saxlama 108 və 236-cı maddələri ilə istintaq başlanılıb.

Print Email
FaceBook Twitter Google