Həyat yoldaşına qarşı zorakılıqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin əməkdaşı məhkəmə tərəfindən zaminə buraxılıb

Həyat yoldaşına qarşı zorakılıqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin əməkdaşı zaminə buraxılıb. Hakim Nikoloz Marqvelaşvili onu 5000 lari girov qarşılığında zaminə buraxıb.


Prokurorluq təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.

Xüsusi İstintaq Xidməti Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat İdarəsinin əməkdaşı A.B.-nin azyaşlının yanında məişət zorakılığı və hədə-qorxu faktlarına görə saxlanılması barədə məlumat yaymışdı.

Xüsusi İstintaq Xidmətinin yaydığı məlumata görə, müəyyən edilib ki, təqsirləndirilən şəxs 2023 və 2024-cü illərdə azyaşlı övladlarının iştirakı ilə həyat yoldaşına fiziki təzyiq göstərib, onu öldürməklə, əmlakını məhv etməklə hədələyib.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər