İngiltərə millisinin kapitanı “Bavariya”da ilk dəfə ayın futbolçusu seçilib
İngiltərə millisinin kapitanı Harri Keyn “Bavariya” klubunda ilk dəfə ayın futbolçusu seçilib.

30 yaşlı hücumçu oktyabr ayının ən yaxşı oyunçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında təşkil olunan səsvermədə qalib gəlib.

“Bavariya” fanatlarının 48 faiz səsini toplayan Keyn komanda yoldaşları Leroy Sane (20 faiz) və Sven Ulrayxı (11 faiz) qabaqlayıb.

Qeyd edək ki, 2023-cü ilin avqustunda Münhen təmsilçisinə transfer olunan Harri Keyn ötən ay keçirdiyi 5 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: report.az

Print Email
FaceBook Twitter Google