Yod orqanizm üçün çox mühüm elementdir, onun çatışmazlığı bədən
kütləsinə, beyin funksiyalarına, psixi sağlamlığa və digər
orqanlara, eləcə də orqanizmin ümumi vəziyyətinə ciddi təsir edir.
Qalxanabənzər vəzin hormonlarının 65% -i yoddan ibarətdir. Yod
çatışmazlığı zamanı orqanizmdə qalxanabənzər vəzin həcmi böyüyür və
özü lazımi miqdarda bu maddəni hazırlamağa çalışır. Amma bu, daha
sonrakı mərhələlərdə baş verir.
Yod çatışmazlığı
Orqanizmdə yodun saxlanma səviyyəsini vaxtında müəyyənləşdirmək çox
vacibdir. Bunu sadə testin köməyi ilə ev şəraitində də etmək olar.
Bunun üçün gecə yatmazdan əvvəl qolunuza pambıqlı çubuqla 3 zolaq
yod çəkin: yoğun, bir az enli və nazik.
Əgər səhər yuxudan duranda dəridə yodun heç bir izini görməsəniz,
onda dərhal endokrinoloqa müraciət edin. Həkim dəqiq analiz qoyub
lazımi preparatlar yazacaq.
Əgər yalnız 1 enli xətt qalıbsa, deməli, bədəninizdə yod normal
səviyyədədir.
Əgər yalnız ən incə xətt yox olubsa, onda sizin sağlığınız təhlükə
altındadır. Odur ki, yeməklərdə yodlaşdırılmış duz istifadə edin.
Bu, hipotireoz profilaktikasının ən ucuz və əlverişli üsuludur.
Amma bu məhsulu təkcə soyuq yeməklərdə istifadə etmək lazımdır.
Əgər onu isti yeməklərə əlavə etsəniz, onda duzun təkribindəki yod
uçacaq və faydasız olacaq.
Yodun sutkalıq norması 100 qram dəniz kələm qarşılayır. Ciyər,
feyxoa, morina və digər balıq növləri, eləcə də yumurta yodla
zəngin məhsullardır.
Saglamolun.Az