Bütün günü oturmağı 30-40 dəqiqəlik məşqlə "kompensasiya" edin
Bu gün ən ölümcül təhlükə ürək-damar xəstəlikləridir. Daim oturmağımızı tələb edən qeyri-sağlam pəhrizlər və həyat tərzi də bizə tam olaraq fayda vermir.

Türkiyə mətbuatında dərc olunan məlumata görə, alimlər özümüzü qoruya bilmək, bu riski minimuma endirmək üçün nə qədər məşq etməli olduğumuzu açıqladılar.

Tədqiqatçılar, cəmi 44,370 nəfərin məşq izləyicilərindən alınan məlumatları araşdırdıqları metadata araşdırması vasitəsilə gündəlik məşq ehtiyaclarımızı müəyyən etməyi bacardılar. Bu məlumatlara görə, gün ərzində 30-40 dəqiqəlik "ortadan intensiv" məşq kifayətdir. Yenə də heç bir idmanla məşğul olmayan birinin belə, sadəcə ayaq üstə durmaqla ürək-damar sağlamlığını yaxşılaşdırması mümkündür.

Gündə 30-40 dəqiqə intensiv məşq etmək kifayətdir.

Məqalədə bildirilir ki, gündə 30-40 dəqiqə orta və daha yüksək fəaliyyətlərlə məşğul olan bir insanın hərəkətsizliyə görə ölüm riski ilə davamlı hərəkət edən bir insanın hərəkətsizliyə görə ölüm riski arasında ciddi bir fərq yoxdur.

Yəni gün ərzində özümüzü aktiv saxlasaq, oturaq həyat tərzimizin təsirləri demək olar ki, aradan qalxar. Qısa məsafələri sürətlə gəzmək, velosiped sürmək və fiziki aktiv olmağımızı tələb edən işlərlə məşğul olmaq da bu məşq ehtiyacını qarşılamağa kömək edir.

Araşdırma 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun aparılıb. Bu standartlara görə, oturaq həyatın zərərlərindən qorunmaq üçün həftədə 150-300 dəqiqə orta intensivliklə idman etmək və ya 75-150 dəqiqə intensiv idman etmək lazımdır. Araşdırma British Journal of Sports Medicine jurnalında dərc olunub.

Bizimyol.info
Print Email
FaceBook Twitter Google