İş zamanı göz qapaqlarınız ağırlaşır? Yorğunluq hiss edirsiniz?
Yatmaq istəyirsiniz? Bu enerjinizin azaldığının göstəricisidir.
Yorğunluqdan cəmi 10 dəqiqədə qurtulmağın yollarını
açıqlayacaq.
1. Səhər yeməyindən imtina
etməyin
Nə qədər iştahsız olsanız belə, səhər yeməyini atlamayın. Xüsusuilə
də, proteyin qəbulu sizi uzun müddət tox tutacaq və yorğunluğunuzun
qarşısını alacaq. Ağ çörək, meyvə suyu, ağ undan hazırlanmış
şirniyyatları səhər qəbul etməyin. Bu insulin dirəncinizi pozaraq
gün ərzində yorğun qalmağınıza səbəb olacaq.
2. Qanınızı "hərəkətləndirin"
Xüsusuilə də, oturaq işdə çalışanlar yorğunluqdan şikayət edir.
Yerinizdən qalxıb 5-10 dəqiqə gəzmək və ya nəfəs hərəkətləri sizi
özünüzə gətirəcək.
3. Çərəzlərlə "dost" olun
Çərəzləri, xüsusilə də maqnezium və fol turşusu ilə zəngin badam,
fıstıq enerjinizi bərpa edəcək və tez acmağınızı əngəlləyəcək.
4. Suyu yanınızdan ayırmayın
Əksər hallarda yorğunluğun tək səbəbi bədənin susuz qalmasıdır. Gün
ərzində 2 litr su içməyə vərdiş edin.
5. Çantanızda darçın çubuğu və nanə yağı
saxlayın
Bu bitkilərin əhval ruhiyyəni artırdığı sübut edilib. Yorğun hiss
etdiyiniz zaman darçın çubuğu qoxlasanız və ya nanə yağı ilə
biləklərinizi ovsanız fərqi hiss edəcəksiniz.
Milli.Az