“Twitter”dəki yeni funksiyalar təqdim edildi
İlon Mask “Twitter”də istifadəyə veriləcək yeni funksiyaları təqdim edib.

Bunlar arasında uzun tvitlər, yenilənmiş dizayn və s. yeniliklər var.

Məlumata görə, mobil versiyada tətbiqi sağa və ya sola sürüşdürməklə şəbəkənin təklif etdiyi və ya istifadəçilər tərəfindən izlənilən paylaşımlara keçid etmək mümkün olacaq.

Yeni funksiyaların həftə sonuna qədər aktiv olacağı gözlənilir.

Bunlarla yanaşı, “twitter”də ayın ortasına qədər qovluqlar funksiyası da istifadəyə veriləcək. Bu zaman istifadəçi özü üçün maraqlı olan tvitləri həmin qovluqda saxlaya biləcək.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər