“Facebook” və “Instagram”da bu funksiya pullu olacaq
“Meta” şirkəti “Facebook” və “Instagram” istifadəçilərinə ayda 14,99 dollarlıq yeni abunəliklər təqdim edir.

"Marneuli" radiosu xəbər verir ki, bu barədə şirkətin sahibi Mark Zukerberq məlumat yayıb.

Məlumata görə, şirkət bu ödəniş qarşılığında istifadəçilərin hesablarını təsdiq etməyə imkan verəcək.

“Meta Verified” adlı yeni funksiya istifadəçilərin hesablarında mavi işarə kimi görünəcək. Bu profillər adi hesablardan əlavə qorunma və birbaşa dəstəyə giriş imkanı əldə edəcək” – Zukerberq bildirib.

Qeyd edək ki, “Meta Verified” xidmətinin qiyməti masaüstü kompüter üçün 11,99 dollar, mobil versiya üçün isə 14,99 dollar olacaq.

Mənbə: Lent.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər