Tesla 25 000$-lıq elektromobildən hər il 4 milyon ədəd satmağı hədəfləyib
Tesla Model 3 elektromobili Tesla şirkətinin ən ucuz qiymətə satılan elektromobilidir.

Bütün endirimləri nəzərə almaqla onun standart komplektasiyada qiyməti 30 000$ təşkil edir. Lakin şirkət 25 000$ qiymətində satılacaq elektromobilləri istehsal etmək istəyir. Keçən ayın əvvəlində Tesla Investor Day adlı tədbiri keçirtmiş və həmin tədbir çərçivəsində Meksikada yeni zavodun inşasını elan etmişdi. Meksikada inşa edilən zavodda
yeni platforma əsasında qurulmuş elektromobillərin istehsalı reallaşdırılacaq. Zavoda ümumilikdə 5 milyard dollar investisiya yatırılacaq.

Lakin şirkətin yeni zavodunda istehsal ediləcək elektromobil barəsində hələ heç bir məlumat yoxdur. Tesla 25 000$ qiymətində satılacaq elektromobil hazırlamağı və hər il bu elektromobildən 4 milyon ədəd satmağı istəyir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu ilin yekunu ərzində şirkətin satılacaq bütün nəqliyyat vasitələrinin ümumi sayı ən yaxşı halda 2 milyon təşkil edəcək. Əgər şirkət il ərzində 4 milyon ədəd büdcəli elektromobil satışı məqsədinə çatsa, böyük ehtimal ilə bu, bu onilliyin ikinci yarısında baş verəcək. Onu da qeyd etmək lazımdır ki, Tesla 2030-cu ilə qədər hər il 20 milyon elektromobil istehsalı potensialına çatmağı hədəfləyib.
Mənbə: technote.az

Print Email
FaceBook Twitter Google