İlon Mask tvitteri satmaq istəyir
"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə rəhbərlik edən amerikalı milyarder İlon Mask uyğun alıcı tapacağı təqdirdə sosial şəbəkəni satmağa hazır olduğunu açıqlayıb.

Bu barədə Mask BBC-yə müsahibəsində danışıb. O, yeni şirkəti idarə etməyin asan olmadığını və bunun ağrılı proses olduğunu bildirib.

Milyarder
həmçinin qeyd edib ki, hazırda ona tvitter üçün 44 milyard dollar təklif edilsə, onu dərhal satmayacaq.

Qeyd edək ki, İlon Mask sosial şəbəkəni ötən il 44 milyard dollara almışdı.

Milli.Az
Print Email
FaceBook Twitter Google