Whatsapp-ın Android üçün nəzərdə tutulmuş 2.23.6.1 nömrəli beta
versiyasında aşkar edilmiş yeni məlumatlara əsasən messencerin
Android 4.4 KitKat əməliyyat sistemi vasitəsilə çalışan cihazlarda
dəstəyi dayandırılacaq.
Qeyd etmək lazımdır ki, sözügedən əməliyyat sistemi 2013-cü ildə
istifadəyə verilib. Beləliklə bundan sonra messencerin çalışması
üçün cihazın minimum Android 5.0 əməliyyat sisteminə sahib olması
lazım olacaq. Android 5.0 isə 2014-cü ildə istifadəyə verilib.
Mənbə: technote.az