“Forsaj” filmlərinin qəhrəmanı aktyor Pol Uokerin “Nissan Skyline
GT-R” avtomobili satışa çıxarılacaq.
Model franşizanın 2009-cu ildə işıq üzü görən dördüncü hissəsində
istifadə edilib. Çəkiliş üçün bir neçə belə avtomobil hazırlanıb və
indi onlardan biri - Pol Uokerin şəxsən idarə etdiyi maşın
“Bonhams” hərrac evində hərraca çıxarılmaq üçün növbə gözləyir.
İdman avtomobilinin mühərriki 550 at gücü hasil edir. Nəqliyyat
vasitəsi titan kuzov və 19 düymlük “Volk Racing RE30” diskləri ilə
təchiz olunub. Bildirilir ki, “Nissan Skyline GT-R R34” uzun müddət
istifadəsiz qaldığı üçün texniki baxışdan keçməlidir.
Hərracın aprelin 28-dən mayın 5-dək keçiriləcəyi
planlaşdırılıb.
Mənbə: oxu.az