Bill Gates yaxın 18 ay ərzində süni zəkanın hansı səviyyədə inkişaf edəcəyindən danışıb
Bill Gates San-Dieqoda keçirilmiş sammitdə çıxış edən zaman generativ süni zəka sistemləri barəsində yeni fikirlərini səsləndirib.

O, neyron şəbəkələrin yaxın gələcəkləri və insanların bu mövzuda rollarından danışıb. Onun sözlərinə əsasən ChatGPT kimi neyron şəbəkələri son aylar ərzində sürətlə inkişaf ediblər və hal hazırda onlar bəzi standart tapşırıqları insan səviyyəsində yerinə yetirə bilirlər. Bundan əlavə olaraq müasir çat-botlar sürətlə oxumağı və doğru şəkildə yazmağı öyrəniblər. Bu isə o deməkdir ki, neyron şəbəkələr yaxın gələcəkdə insanları da müəyyən şeylərə öyrədə biləcəklər.

“Növbəti 18 ay ərzində süni zəka müəllimlərin yardımlarına gələcək və təhsil alanlara yazılı tapşırıqlar barəsində yardımçı ola biləcək. Bununla yanaşı süni zəka riyaziyyat barəsində də onlara yardımçı olacaq” - deyə Bill Gates qeyd edib. Bill Gates əbəs yerə öz çıxışı zamanı riyaziyyata toxunmayıb. Belə ki, neyron şəbəkələr hal hazırda riyazi əməliyyatların yerinə yetirilməsində müəyyən çətinliklər çəkirlər. Halbu ki, süni zəka texnologiyalarının yaradılmasında vacib rol oynayan faktorlardan biri də məhz riyaziyyatdır. Gates-in sözlərinə əsasən qəliz riyazi hesablamaların yerinə yetirilməsi üçün süni zəkaya əsaslandırma və məntiq kimi bacarıqları yeritmək lazım gələcək. Gates-in fikrincə bunun üçün müəyyən zaman lazım olsa da, 1.5-2 ildən sonra süni zəka bu mövzuda da nailiyyətlər əldə edə biləcək.

Mənbə: technote.az

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər