Whatsapp-da avtomatik şəkildə silinən mesajları yaddaşda saxlamaq mümkün olacaq
Whatsapp tərtibatçıları messencerə yaxın zamanda əlavə ediləcək yeni funksiya üzərində çalışırlar.

İstifadəyə veriləcək yeni funksiya avtomatik olaraq silinən mesajları əhatə edəcək. Belə ki, bu cür mesajı qəbul etmiş şəxs yeni funksiya vasitəsilə həmin mesajı yaddaşda saxlaya biləcək. Lakin bunun reallaşdırılması üçün avtomatik olaraq silinən mesajı göndərmiş şəxsin buna razılıq verməsi lazım gələcək.

Avtomatik olaraq silinən mesaj nəticə etibarilə onu göndərmiş şəxs tərəfindən hələ də idarə edilən olacaq.

Mənbə: technote.az

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər