Çinlilər “Xiaomi” istifadəçiləri üçün istifadəçinin daha
tez və yaxşı yuxuya getməsinə kömək edəcək yeni qadcet
hazırlayıb.
Lent.az xəbər verir ki, qulaqlıqlı bu ağıllı maska “Meet”
adlandırılıb.
Məlumata görə, cihaz artıq sifariş üçün hazırdır. Onun ümumi dəyəri
4000 rus rublu(təxminən 71 manat) olacaq.
“Meet” yuxu maskasıdır. Ancaq o, həm də müasir texnologiyadan -
xarici səsləri maneə
törədən müasir qulaqlıqlardan istifadə
edir.
Bu qulaqlıqlar rahatlaşdırıcı musiqi ifa edə bilir. Səs səviyyəsi
həm əllə, həm də avtomatik olaraq tənzimlənir. İstifadəçi müəyyən
yuxu mərhələsinə çatdıqda musiqi tamamilə sönür.
Müxtəlif funksiyaları konfiqurasiya etmək və yuxu ssenarilərini
seçmək mümkündür. Maska smartfona qoşula bilər.
Belə maskanın sahibi seçilmiş müddət ərzində yüksək keyfiyyətli və
sağlam istirahətdən zövq almaq üçün istədiyi yuxu rejimini seçə
bilər.
Mənbə: lent.az