Dünyada internet kəsiləcək? - AÇIQLAMA
Amerika Kosmos Agentliyi (NASA) Yer kürəsini günəş qasırğasının vura biləcəyini elan etdikdən sonra sosial şəbəkələrdə bütün dünyada internetin kəsiləcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb.

Bu barədə NASA açıqlama verib.

"Dünyada internetin bağlanacağı ilə bağlı bütün xəbərlər əsassız şayiələrdir. İnternetin təhlükə altına düşəcəyinə dair heç bir təhdid və ya sübut yoxdur", - deyə agentliyin sözçüsü bildirib.

Dünyada internetin bağlanması ilə bağlı şayiələr ilk dəfə bu ilin əvvəlində fırtınası barədə xəbərdarlıqdan sonra yayılıb.

Günəş fırtınaları enerji təchizatı və telekommunikasiya şəbəkələrində fasilələrə səbəb ola biləcək günəşdən maqnit enerjisinin buraxılmasıdır. Bununla belə, internetin kəsilməsi üçün kifayət qədər güclü günəş şüaları yoxdur.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər