İlon Mask “X” sosial şəbəkəsini tanışlıq saytına çevirəcək
Məşhur iş adamı İlon Mask “X” sosial şəbəkəsini tanışlıq saytına çevirmək niyyətindədir.

O, bu barədə oktyabrın 26-da keçirilən videokonfransda məlumat verib. Hazırda İlon Mask “X”in necə tanışlıq proqramına çevriləcəyini dəqiqləşdirməyib.

Bundan başqa İlon Mask “X” (Twitter) sosial şəbəkəsindəki yeni funksiyasını da təqdim edib.

“X” platforması artıq audio və videozəng funksiyasına malikdir. Artıq istifadəçilər audio və videozənglər edə biləcəklər.

Funksiya hazırda iOS cihazlarında mövcuddur. Bu seçimin standart olaraq aktiv ediləcəyi dəqiqləşdirilir. İstifadəçilər abunə olduqları hesabların sahiblərindən zəngləri qəbul edə biləcəklər.

Xatırladaq ki, İlon Mask “X” sosial şəbəkəsini (keçmiş Twitter) ötən il alıb.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər