“WhatsApp” daha bir yeni funksiyasını təqdim edib.
İndi zənglər zamanı asanlıqla IP ünvanını gizlətmək mümkün
olacaq.
Bu funksiya artıq “iPhone” və “Android” cihazlarının sahibləri üçün
əlçatandır.
Bu yeniliyin sayəsində danışdığınız şəxs yerinizi tapa
bilməyəcək.
Funksiya "Zənglər zamanı IP ünvanlarını qoruyun" adlanır. Onu
aktivləşdirmək üçün proqramı ən son versiyaya yeniləyin və
aşağıdakıları tətbiq edin.
"Parametrlər" → "Məxfilik" → "Qabaqcıl" → "Zənglər zamanı IP
ünvanını qoruyun" qutusunu aktiv vəziyyətə gətirin.
Konfiqurasiya yolu hər iki əməliyyat sistemi üçün eynidir.
“WhatsApp”da qrup zəngləri avtomatik olaraq şirkətin serverlərinə
yönləndirilir, ona görə də bu parametri aktivləşdirməyə ehtiyac
yoxdur.
Eyni zamanda şirkət bildirib ki, yeni təhlükəsizlik parametrlərinin
daxil edilməsi səs keyfiyyətinə təsir göstərə bilər.
Mənbə: lent.az