Vatsap özünün “Google Play” beta proqramı vasitəsilə
yüklənə bilən ən son yenilənmiş versiyasının (WhatsApp 2.23.24.26)
"Çatlar" bölməsində yeni funksiyanı işə salıb.
Söhbət adlar siyahısını adlayaraq süni intellekt vasitəsilə çatlara
keçid etməyi asanlaşdıran və yeni çat işarəsinin üstündə yerləşən
düymədən gedir.
Bu dəyişiklik istifadəçilərin vaxtına qənaət edilməsinə, eləcə də
proqramdan istifadənin sadələşdirilməsinə və asanlaşdırılmasına
yönəlib. Bu funksiya hazırda məhdud beta-tester qrupu üçün
əlyetərlidir, lakin tezliklə daha geniş auditoriya tərəfindən
istifadə olunacağı gözlənilir.
Bundan əlavə, vatsap, bloklanmış çatlara daxil olmaq üçün gizli kod
və istifadəçilərə iş və şəxsi ünsiyyət söhbətlərini ayırmağa kömək
edən ayrıca profil seçimi kimi digər maraqlı beta funksiyalarının
hazırlanması üzərində işləyir.
Mənbə: lent.az