“Google” və “Meta” kimi texnologiya nəhəngləri rəqəmsal ekosistemləri gücləndirmək üçün əməkdaşlıq edir
“Google”, “Meta” və “Qualcomm” kimi şirkətlər də daxil olmaqla 10 texnologiya nəhəngi Avropa İttifaqının yeni qaydalarına cavab olaraq açıq rəqəmsal platformalar haqqında danışıqlar aparmaq üçün bir araya gəlib.

Bu yaxınlarda tarixi dönüş nöqtəsi ola biləcək və gələcək texnologiyaların infrastrukturunu formalaşdıracaq bir hadisə baş verib. Avropa İttifaqının texnologiya qaydalarına cavab olaraq “Google”, “Meta”, “Qualcomm” və “Opera” kimi şirkətlər Açıq Rəqəmsal Ekosistemlər üçün Koalisiya (CODE) adlı qrup yaradaraq bir araya gəliblər. CODE üzvlərinə “Google”, “Meta”, “Qualcomm”, “Honor”, “Lenovo”, “Lynx”, “Motorola”, “Nothing”, “Opera” və “Wire” daxildir. Qrup bildirib ki, onların məqsədi Avropada inkişafı və innovasiyanı gücləndirmək üçün daha açıq platforma və sistemləri təşviq etməkdir. Təbii ki, bu onların yeganə məqsədi deyil.

Qrup alimlər, siyasətçilər və şirkətlərlə işləyərək rəqəmsal açıqlıq mövzusunda daha çox iş birliyinin olacağını qeyd edib və buna nail olmaq üçün Avropada Rəqəmsal Marketinq Qanununun (DMA) tətbiq olunmasını istəyir. “Lynx”in qurucusu Stan Larroque verdiyi açıqlamada: "Son bir neçə ay ərzində biz Avropada rəqəmsal ekosistemlərdə nəyin "yaxşı" göründüyü, innovasiyaları nəyin hərəkətə gətirdiyi və rəqabət qabiliyyətinə nəyin müsbət təsir edəcəyi ilə bağlı bir sıra müzakirələr apardıq. Düşünürük ki, ən mühüm element açıqlıqdır”, deyə bildirib.

Mənbə: Mediapost.az

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər