“Samsung” dünyanın ilk şəffaf displeyini təqdim etdi - VİDEO
Cənubi Koreyanın “Samsung” şirkəti illik CES sərgisi çərçivəsində dünyanın ilk şəffaf Micro-LED ekranını təqdim edib.

Lent.az xəbər verir ki, şirkət müxtəlif dizaynlı üç şəffaf Micro-LED ekranını nümayiş etdirib.

Bunlardan ikisi rəngli şüşəyə malikdir. Bu da onların arxasındakı obyektlərə əhəmiyyət verməməyi asanlaşdırır. Bununla belə, üçüncü ekran adi şüşə kimi tamamilə şəffafdır və çərçivəsiz dizayna malikdir.

Belə ekranlarda yayımlanan məzmun az qala havada üzən holoqrama bənzəyir. Hər üç displey təxminən bir santimetr qalınlığa malikdir, üzən ekran illüziyasını qoruyur və Micro-LED panelinin yüksək piksel sıxlığı təsvirləri inanılmaz dərəcədə aydın edir.


Samsung nümayəndəsi xatırladıb ki, şəffaf Micro-LED ekranlar şəffaf OLED ekranlardan daha yüksək parlaqlığa malikdir. Bu da onların ətraf işığından daha az təsirləndiyini göstərir.

Qeyd edək ki, hazırda şəffaf Micro-LED ekranların qiyməti, eləcə də bu texnologiyanın istehlakçı cihazlarında görünmə vaxtı barədə məlumat yoxdur.

110 düymlük model üçün təxminən 150.000 dollara başa gələn “Samsung”un artıq buraxılmış Micro-LED televizorlarının qiymətini nəzərə alsaq, şəffaf Micro-LED displeylərin istehlak bazarına çıxmasına bir qədər vaxt keçəcəyi aydındır.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər