“Apple” şirkəti “Vision Pro”nun ucuz versiyasını buraxmağı
planlaşdırır.
"Marneuli" radiosu xəbər verir ki, “Apple” yaxın illərdə onları
təqdim edəcək.
Bildirilir ki, şirkət “Vision Pro” qulaqlıqlarına ucuz alternativ
olacaq ağıllı eynəklər hazırlayacaq. Cihaz AR təsvirlərini
ekranlara yayımlaya bilməyəcək, lakin zəng etmək və musiqi dinləmək
üçün faydalı olacaq.
Şirkət həmçinin daxili kameraları olan qulaqlıqları buraxmağı
düşünür. Ehtimal olunur ki, aşağı ayırdetmə qabiliyyətinə malik
kameralara və süni intellektə (AI) dəstək olan belə qurğu
istifadəçiyə gündəlik işlərində kömək edəcək.
Məlumata görə, "Apple" geyilə bilən qadcetlər bazarında öz
iştirakını əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.
Ağıllı üzüklə bağlı isə mütəxəssislər bildirib ki, korporasiyanın
analoji qurğu ilə bağlı planları var, lakin o, hələ ki, işlənib
hazırlanmayıb.
Fevralın sonunda Koreyanın "ET News" nəşri bildirmişdi ki, Apple
yaxın aylarda ağıllı üzük təqdim etmək niyyətindədir. Cihaz yığcam
ölçüyə, fəaliyyət izləmə seçimlərinə və ağıllı funksiyalara malik
olacaq.
Mənbə: lent.az