Teleqram kanal sahibləri reklam gəlirlərini 50 faizədək əldə edə biləcəklər
Teleqram kanallarının sahibləri 2024-cü ilin mart ayından etibarən reklam gəlirlərini 50 faizədək alacaqlar.

Bu barədə “Telegram”ın təsisçisi Pavel Durov bildirib.

O, qeyd edib ki, pul köçürməsi TON blokçeyn vasitəsilə həyata keçiriləcək. Buna görə, teleqram kanallarının sahibləri “toncoin” – “Open Network”da istifadə olunan kriptovalyutada gəlir əldə edəcəklər.

"Mart ayında teleqram reklam platforması rəsmi olaraq 100-ə yaxın ölkədə bütün reklamçılar üçün açıq olacaq. Bu ölkələrdəki kanal sahibləri teleqramda reklam yayımlamaqdan əldə etdikləri gəlirin 50 faizini almağa başlayacaqlar", - deyə Durov bildirib. O əlavə edib ki, kanal sahibləri bu vəsaitləri ya nağdlaşdıra, ya da onları kanallarının tanıdılması və modernləşdirilməsinə yenidən investisiya edə bilərlər.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google