Milyarder İlon Maska məxsus "X" sosial şəbəkəsi "YouTube"
ilə rəqabət aparmaq üçün Amazon və Samsung Smart TV-lər üçün
proqram təqdim edəcək.
Bu barədə "Fortune" jurnalı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni
platformanın interfeysi televizorlara quraşdırılmış YouTube tətbiqi
ilə eyni olacaq.
Mənbə bildirib ki, Mask "YouTube" ilə rəqabət aparmaqda
qərarlıdır.
Beləliklə, amerikalı milyarder "X" istifadəçilərini "böyük ekranda
uzun videolara" baxmağa inandırmaq və reklam verənləri sosial
şəbəkəyə cəlb etmək istəyir.
Mənbə: Milli.Az