Parlament üzvü Aleko Elisaşvili Hüquq Məsələləri Komitəsinin
iclasında rus qanunlarından danışan çoxluğun lideri
Mamuka Mdinaradzeni yumruqladıqdan sonra jurnalistlərə açıqlama
verib.
"Biz bu qanunu onların **, hansı arqumentlərlə, hansı
arqumentlərlə?" Bidzinalar və Mişalar gəlib gedirlər. Mişanın indi
harada olduğunu bilirsiniz. Bu da belə bitəcək və sona qədər
ört-basdır etməyin. “Gürcü arzusunun” adamları tərəfindən nə qədər
təhqir olundum bilirsinizmi? Sonra müxalifətdən heç kimin cəsarət
edə bilmədiyi şeylərə cəsarət etdim. Hamı bunu istəyirdi və heç kim
tərpənmirdi.
Ömrümdə bir qəpik də almamışam, mən öz Gürcüstanımın qarşısında düz
adamam. Mən onlarla əməkdaşlığa getməyə çalışırdım, onlarla insanca
danışmağa çalışırdım – amma onlar bizi Rusiyaya sürükləyirlər.
Onlarla danışmağın mənası yoxdur”, – Elisaşvili bildirib.
“İndi evdə oturmağın vaxtı deyil, indi çölə çıxmaq
vaxtıdır. Biz onları rus qanunu ilə birlikdə ölkədən süpürüb
atmalıyıq, çünki bizi Rusiyaya sürükləyəcəklər, vəssalam. Boğazıma
gəldi və mən onu rus agenti Mdinaradzenin payını verdim, sonra məni
çölə atdılar”, - Aleko Elisaşvili jurnalistlərə
bildirib.
“Sənin rus...” – kadrda Aleko Elisaşvilinin səsi eşidilir və o
Mdinaradzeni yumruqlayır, bundan sonra onun ətrafında digər
deputatlar dalaşmağa başlayıblar. Bu zaman Hüquq Məsələləri
Komitəsinin iclasından canlı yayım kəsilib.
Dünən, aprelin 15-də parlament Rusiyada müstəqil vətəndaş sektorunu
və medianı məhv edən rus qanununu müzakirə edirdi.
Paralel olaraq parlament binası qarşısında etiraz aksiyası
keçirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.