Ulduz falı – Fəaliyyətinizdən həzz alırsınızsa, həttə ən rutin, gündəlik işlərə də yaradıcı yanaşma tələb olunur
Qoç - mürəkkəb, qarışıq zamandır. İstəklər və niyyətlər gərginlik
yarada bilər. İntiqam hissi və ya opponentin yalan danışdığını
aşkarlamaq istəyi işlərin gedişatına çox pis təsir edə bilər.
Buğa - enerjiniz yalnız bir istiqamətdə olmamalıdır. Günün ikinci
yarısı yeni layihələr və ya işlər üçün sərfəli deyil. Əks cins
mənsubu sizinlə maraqlana bilər. Axşam saatlarını ailə üzvləri ilə
keçirin. Normal istirahət etməyə çalışın.
Əkizlər - fəaliyyətinizdən həzz alırsınızsa, həttə ən rutin,
gündəlik işlərə də yaradıcı yanaşma tələb olunur. Qayğılar bu gün
maksimum vaxt alacaq. İşlərin öhdəsindən gəlmək istəyirsinizsə,
təcrübəli insanların məsləhətlərinə qulaq asın.
Xərçəng - İradlar və tənqidlər sizi təbdən çıxarmasın.
Emosiyalarınıza nəzarət edin. Günün ikinci yarısında yaxınlarınızla
müzakirələr və ya mübahisəni təxirə salın. Belədə təmaslarda
rəvanlıq yaranacaq. Axşam saatları romantik görüş üçün
münasibdir.
Şir - xaotik hərəkət etməyin. Əvvəlcədən hazırladığınız plana
riayət etməyi unutmayın. Hətta ən kiçik məsələlərdə də intizamlı
olun. Adi günlərlə müqayisədə daha mühafizəkar olun.
Qız - dəvət aldığınız tədbirə qatılın. Orada siz vaxtınızı xoş
keçirəcək, yeni tanışlıqlara nail olacaqsınız. Yaradıcılıq
potensialınız yüksəkdir. Bir sıra hadisələr, insanlar və məqamlarla
bağlı mövqeləriniz maraqlıdır. Yaxın ətrafınızdakı insanlar
əməllərinizi bəyənəcəklər.
Tərəzi - yeni işgüzar tərəfdaşlar tapmaq olar. Seçdiyiniz yoldan
sapmayın, əməllərinizdə və qərarlarınızda ardıcıl, qətiyyətli olun.
İntizamı unutmayın. Xoşagəlməz işi təxirə salmaq, bəyənmədiyiniz
insanlarla görüşə getməmək istəyinə qapılmayın.
Əqrəb - məhsuldar iş günüdür. İşlər çox olacaq, amma ruhdan
düşməyin. Məşğul olduğunuz cari işlər, gerçəkdən də, önəmlidir.
Darıxmayın, pərişanlığa qapılmaın. Gəlirləri artırmaq imkanları
yaranır.
Oxatan - dəyər verdiyiniz insanla münasibətləri sərinləşdirməyin.
Şərtləri dəyərləndirin, situasiyadan maksimal dərəcədə yararlanmağa
çalışın. Axşam saatlarında görüşə yollana bilərsiniz.
Oğlaq - işləri qaydaya salın. Proseslərin adət etdiyiniz məcrada
olmasına çalışın. Narahat olmayın, situasiyanın kəskin dəyişə
biləcəyini düşünməyin. Kənar amillərdən və ya başqasının
tələbatından asılısızsa, durum ağırlaşacaq.
Dolça - dəyər verdiyiniz insanın diqqətini cəlb etmək üçün
ekstravaqant addımlar atmayın. Sükan arxasında ehtiyatlı davranın.
Cərimə riski var.
Balıqlar - dəyər verdiyiniz insanlardan biri qərarlarınıza qəflətən
etiraz etməyə başlayacaq. O, bunu açıq-aşkar yox, gizlicə edəcək.
Sevdiyiniz insanla açıq söhbətə başlaya bilərsiniz.