Ulduz falı – Yaradıcılıq planlarının həyata keçirilməsi üçün münasib zamandır
Qoç - alış-veriş üçün əlverişli zamandır. Yaxınlarınıza diqqət
ayırın, onların qayğısına qalın. Problemlərini sizinlə bölüşmək
istəyən insanları dinləyin. Belədə iradlar və inciklik olmayacaq.
Buğa - nigaranlıq və narahatlıq yarana bilər. Yaxın ətrafınızdakı
insanların sizə qarşı olduqlarını düşünməyin. Fikir ayrılıqlarını
həll edin, dəyər verdiyiniz insanlarla dil tapın. Maraqlı işgüzar
təkliflər ala bilərsiniz. Sövdələşmə və anlaşmalar gəlir
verəcək.
Əkizlər - yaradıcılıq planlarının həyata keçirilməsi üçün münasib
zamandır. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. İşlər çox olsa
belə, yorğunluq və gərginlik hiss etməyəcəksiniz. Yaxınlarınızla
danışın, yaxın gələcəklə bağlı planları müzakirə edin.
Xərçəng - son vaxtlar sizi narahat edən məsələləri həll etmək
imkanları yaranıb. Şəxsi münasibətlərdəki gərginliyi aradan
qaldırın. Peşəkar fəaliyyət müstəvisindəki maneələrlə sədləri dəf
etmək olar. Təxəyyülünüzü və məntiqinizi işə salın. Problemlərin
orijinal həlli ənənəvi metodlarla müqayisədə daha effektivdir.
Şir - alacağınız məbləğin "gəlişi" ləngiyir. Narahat olmayın, ağır
maliyyə böhranı olmayacaq. Sadəcə, xərcləri bir qədər azaldın. Bəzi
alışları təxirə salın. Axşam saatlarında gəzintiyə çıxın.
Qız - İşdə mübahisə edən həmkarlarınızı barışdırın. Sülhməramlı
missiyanın öhdəsindən gələ bilərsiniz. Çətin vəziyyətə düşmüş
insana yardım edin. Soyuqqanlı və təmkinli davranın.
Tərəzi - çoxdankı plan və ya məqsədlərdən birinin reallaşdırılması
üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisindəki maneələri
dəf edin. Şəxsi münasibətlərdəki çətinliklərin aradan qaldırılması
üçün səy göstərin.
Əqrəb - Əvvəllər etdiyiniz səhvləri xatırladır, istənilən qərar və
ya addımınızı sərt tənqid edirlər. Gün sakitlik vəd etmir. Dəyər
verdiyiniz, sayğı bəslədiyiniz insanın könlünü qırmayın. Yaranmış
situasiyanı sakit şəraitdə, tələsmədən təhlil edin. Effektiv
fəaliyyət taktikası hazırlayın. Belədə bir çox problemləri çözə
bilərsiniz.
Oxatan - çətin zamandır. Qarşınıza qoyduğunuz məqsədə tezliklə
çatmaq mümkün deyil. Buna görə də başladığınız işlərə marağınız
itməsin. Sözsüz, onların bəzilərini yaxın vaxtda bitirmək çətindir.
Amma yolunuzdan dönməyin, çalışın, zəhmət çəkin. İşdə rəhbərliklə
fikir ayrılığı və ya mübahisə ola bilər.
Oğlaq - təkliflərdən birini dəyərləndirsəniz, gəlir əldə edə
bilərsiniz. Axşam saatlarında səfərə yollanın. Yaxınlarınıza
hədiyyə verin, onları sevindirin. Dəyər verdiyiniz insanların
qayğısına qalın.
Dolça - risk etməkdən çəkinməyin. Yeni işlər və layihələrdə sizi
uğurlar gözləyir. Nüfuzlu insanlarla, məmurlarla təmaslar,
sənədləşdirmə üçün yaxşı gündür. Danışıqlar və müzakirələr üçün
yaxşı gündür.
Balıqlar -sınaqdan uğurla çıxacaqsınız. Yaxınlarınıza yardım edin.
Ailə problemlərini həll edə bilərsiniz. Tanışlarınızın sizə rəğbəti
artacaq. Alış-verişdə istədiyiniz əşyanı ala bilərsiniz. Səhhətiniz
üçün profilaktik tədbirlər effektiv ola bilər. İmiclə
eksperimentlər pis alınmayacaq.