Ulduz falı – Köç və köçə hazırlıq, habelə interyerin yenilənməsi üçün pis deyil
Qoç - tələskənliyə yol verməyin, vurnuxmaya qatılmayın.
Başladığınız işləri yarımçıq qoymayın. Bütün çətinliklər və
problemlərə rəğmən onları bitirin. Planlaşdırılmış alış-verişlə
kifayətlənin. Spontan xərclərə yol verməyin. Gəlirlər çox olsa da,
bədxərc olmayın.
Buğa - köç və köçə hazırlıq, habelə interyerin yenilənməsi üçün pis
deyil. Yaradıcılıq potensialının səviyyəsi yüksək olmalıdır. Çevik,
aktiv olun. Təxəyyüldən bəhrələnməyə imkan verən işlərlə məşğul
olun. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Əkizlər - ətrafınızdakı insanlar üçün əvəzolunmaz yardımçı və
qiymətsiz müttəfiq ola bilərsiniz. Çətin xasiyyəti olan,
tərəfdaşları uzun müddətdə və ciddi seçən insanlarla münasibətləri
normallaşdırın. Bilik və bacarıqlarınızı artırın.
Xərçəng - əhsuldar çalışın. Səfərlər pis alınmayacaq. Sərfəli
anlaşmalara nail olmaq, alış-verişdə orijinal əşyalar almaq olar.
Axşam saatlarında qəfil xərclər olacaq.
Şir - kiçik anlaşılmazlıqlar istisna deyil. Yaranan problemlər
çoxdan bəri həyata keçirməyə çalışdığınız məsələləri reallaşdırmağa
mane olacaq. Yeni tərəfdaşlarla məhsuldar əməkdaşlığa başlayın.
Qız - işdə rəhbərliklə fikir ayrılıqları yaranacaq. İlk baxışdan
mənasız məsələlər az sonra ciddiləşəcək. Ailə üzvləri ilə
münasibətlərin harmonik olmasına çalışın. Yaxınlarınızla dil
tapın.
Tərəzi - ev işləri, interyerin yenilənməsi, kulinar eksperimentlər
üçün yaxşı zamandır. Pəhriz saxlayırsınızsa, tamahınızı üstələyin.
İradəli olun.
Əqrəb - məqsəd və hədəfləri konkretləşdirin. Söhbətlər xoş olsa da,
mənasızdır. Vaxtınızı məhsuldar keçirmək istəyirsinizsə, sabahkı
işlərin siyahısını hazırlayın. Ən xırda məsələlərdə belə, plana
riayət edin.
Oxatan - inadla çalışın. Bir qədər əvvəl başladığınız, amma müəyyən
səbəblərdən yarımçıq qoyduğunuz işləri bitirin. Uğurlara nail ola
bilərsiniz. Əsla tənbəllik etməyin, vaxtınızı boş işlərə sərf
etiməyin. Yorğunluq hiss etsəniz belə, irəliəyin.
Oğlaq - maliyyə problemləri yarana bilər. Narahat olmayın,
çətinlikləri dəf edəcəksiniz. Özünüzə diqqəti cəlb etmək
istəyirsinizsə, orijinal addımlar atın. Ekstravaqant davranışda
ifrata varmayın, fəsadları və nəticələri düşünün. Əks təqdirdə
sonradan təəssüflənə, peşman ola bilərsiniz.
Dolça - heç bir səbəb və zərurət olmadan problemlər yaratmayın.
Yeni layihələrə ehtiyatla başlayın. Köhnə müttəfiqlərin sizi
dəstəkləməyə hazır olduqlarını biləndən sonra işi aktivləşdirin.
Kiçik xərclər istisna deyil.
Balıqlar - maliyyə fonu uğurlu deyil. Mənasız xərclərə yol
verməyin. Romantik təmaslar üçün yaxşı zamandır. Sevdiyiniz insanla
təmaslar sizi sevindirəcək. Dəvət aldığınız tədbirlərə qatılın.
Yeni tanışlıqlar olacaq.