Ulduz falı – Günün ikinci yarısı potensial sifarişçi və ya yeni iş yerinin sahibi ilə görüş, danışıqlar üçün sərfəlidir
Qoç - günün ilk yarısı sadə olmayacaq. İşlərin öhdəsindən asanlıqla
gəlmək mümkün deyil. Problemlərin həlli hesabladığınızdan artıq
vaxt tələb edir. Planların dəyişdirilməsi ilə bağlı zərurət
yaranacaq.
Danışıqlar gərgin keçəcək. İndiyədək dil tapdığınız insanlarla
müzakirələrdə müəyyən çətinliklər yaşanacaq. Kompromis əldə etmək
üçün səy göstərin.
Günün ikinci yarısında səhhətinizdə problemlər istisna deyil.
Emosional fon əlverişsizdir. Nikbin olun, problemlərin qarşısından
geri çəkilməyin. Ətrafınızda yaşanan hadisələrə laqeyd
qalmayın.
Buğa - istənilən iş üçün əlverişli zamandır. Diqqətinizi cəmləyin,
ağır və məşəqqətli saydığınız işləri təxirə salmayın. İşdə
həmkarlarınızla münasibətlərdə həssas, qayğıkeş olun. Gərəkli
nəticəyə minimal vaxt ərzində nail olmağa can atın. Ətrafınızdakı
insanların rəğbətini qazanın.
Günün ikinci yarısı potensial sifarişçi və ya yeni iş yerinin
sahibi ilə görüş, danışıqlar üçün sərfəlidir.
Planlaşdırılmamış səfərlər, qəfil olaylar olacaq. Yeni tanışlıqlar
istisna deyil. Maliyyə problemlərini həll etmək, alış-veriş etmək
olar.
Əkizlər - gün çətinliklərdən xali deyil. Kommersiya fəaliyyəti,
anlaşmalar və sövdələşmələr üçün münasib zamandır. İşləriniz pul
qazanmağa yönəlməlidir.
Sizin üçün önəmli işə və ya layihəyə pul yatırmağa hazır insanlar
var.
Günün ikinci yarısında başlanacaq əməkdaşlıq qarşılıqlı sərfəli ola
bilər.
Çoxdan həllini gözləyən şəxsi problemlərdən biri yenidən gündəmə
gələcək. Bu gün həmin problemlərin həllini tapmaq və ya çıxış
yolunu aramağın istiqamətini müəyyənləşdirmək imkanları var.
Şəxsi münasibətlərdə təşəbbüslərlə bağlı ehtiyatlı davranın.
Ünsiyyətdə təkəbbürlü və inadkar olmayın.
Xərçəng - sizə bir zamanlar yardım etmiş insanları unumayın. Çətin
vəziyyət yaranarsa, onlar yenə də sizə kömək edəcəklər. Birgə
layihələrə qatılmaq və danışıqlar aparmaq üçün pis zaman deyil.
Diqqətli, qayğıkeş olsanız, qarşınıza qoyduğunuz məqsədə daha tez
çata bilərsiniz.
Günün ikinci yarısında əhəmiyyətli irəliləyiş və ya böyük uğur
olacağını gözləməyin. Köhnə problemlər yenidən qayıdacaq, yeni
çətinliklər yaranacaq.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Şir - istənilən nəticənin əldə olunması üçün ciddi səy göstərməyə
hazır olun. Yalnız sizə əsla gərəkməyən işlərdə asanlıqla irəliləyə
bilərsiniz. İşdə və evdə sərt fikir ayrılıqları, ixtilaflar istisna
deyil.
Mövqeləriniz heç bir yerdə dərhal anlayışla qarşılanmayacaq. Sərt
mübahisə etməyin, inadkar olmayın.
Günün ikinci yarısında ciddi uğurlara nail ola bilərsiniz. Rəğbət
bəslədiyiniz insanla təmaslarda sayğılı davranın. Qarşı tərəfdə
özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Qız - mühüm işləri təxirə salmayın. Günün ilk yarısından etibarən
önəmli məsələlərin həllinə başlayın. Aktiv və enerjili olun.
Əhvalınızı stabil edin. Müşküllər, çətinliklər, xoşagəlməz
əhvalatlar bədbinliyə qapılmaq üçün səbəb deyil.
Yeni tanışlardan biri ilə əməkdaşlıq etmək, fərqli tərəfdaşlığın
təməlini qoymaq olar.
Günün ikinci yarısında ailə qayğıları və məişət problemləri
artacaq. Həddən ziyadə şübhəli olmayın. Ən kiçik olay sizə
fövqəladə hadisə təsiri bağışlamasın.
Yaxınlarınıza diqqətlə yanaşın, münaqişələri rüşeym halında
çözün.
Tərəzi - günün ilk yarısı uğurlu olacaq. Şanslar və imkanlar
gözləntilərinizdən də artıqdır. Xoş sürprzlər istisna deyil.
Yeni işə başlamaq, peşəkar fəaliyyət sahəsindəki təmasları
yeniləmək üçün yaxşı zamandır.
Birgə layihələrə qatıla bilərsiniz. Konstruktiv tənqidi qulaqardına
vurmayın, səhvlərin fəsadlarını vaxtında aradan qaldırın.
Günün ikinci yarısında gərəkli nəticə əldə etməklə yanaşı, yaxın
ətrafınızdakı insanların rəğbətini qazana bilərsiniz.
Yeni ideya və ya informasiya az sonra karınıza gələ bilər.
Qüvvənizə, potensialınıza əmin olun. Uğura doğru qətiyyətlə, əzmlə
hərəkət edin.
Spontan hadisələrə müdaxilə etməyin.
Əqrəb - günün ilk yarısı əlverişli vaxtdır. Düşünülməmiş addımlar
atmayın. Bir zamanlar xətrinizə dəymiş insanlardan qisas almağa
çalışmayın. Nəzərdə tutduğunuz işi başa vurmamış sakitləşmək,
istirahətə başlamaq yolverilməzdir. Liderlik məziyyətlərinizi
nümayiş etdirin.
Günün ikinci yarısında işgüzar münasibətləri möhkəmləndirin.
Karyera ierarxiyasında irəliləmək imkanları yaranıb.
Gəlirlər istisna deyil. Ev üçün nə isə almaq, yaşam arealının
rekonstruksiyası ilə məşğul olmaq olar. Xoş təsadüflər olacaq. Son
vaxtlar darıxdığınız və görmək istədiyiniz insanlarla
qarşılaşacaqsınız.
Oxatan - sakit, rəvan, ümumi məcradan kənara çıxmayacaq hadisələrin
yaşanacağı gündür. Yeknəsək, rutin işlər xeyli vaxt alacaq. O qədər
də maraqlı olmayan məsələlər xeyli vaxtınzı alacaq. Yalnız özünüzə
bel bağlayın, müstəqil çalışın. Yardım və ya dəstək gecikəcək,
ciddi olmayacaq.
Günün ikinci yarısı kiçik gəlirlər, köhnə borcun qaytarılması
zamanıdır. Yaxınlarınızla münasibətlərinizi harmonik edin.
Baxışlarınız toqquşsa da, münaqişə yaratmayın, mübahisə etməyin.
Yaşam potensialınızın səviyyəsi yüksəkdir.
Fiziki iş sizi ifrat dərəcədə yormayacaq.
Oğlaq - kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, ehtiyatlı və sayıq
davranın. İri sövdələşmənin, böyük miqyaslı və məbləğli anlaşmanın
şərtlərinin müzakirəsində mövqeyinizdən qətiyyən geri çəkilməyin.
Yanlış qərarlarınız maliyyə itkilərinə səbəb ola bilər. Çox
işləməli olacaqsınız. Öz işlərinizi görməklə yanaşı, başqalarının
səhvlərini də düzəltməli olacaqsınız. Bütün bunlar sizi
yoracaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə əhəmiyyətli
dəyişikliklər ehtimalı azdır. Özünüzə qapılaraq ətrafınızda baş
verən proseslərə laqeyd qalmayın. Yaxınlarınızın üzləşdiyi
çətinliyi görün.
Sevdiyiniz insanla təmaslar romantik olmayacaq.
Dolça - uğurlu zamandır. Günün ilk yarısı istənilən formada
kommersiya fəaliyyəti üçün düşərlidir. Əhəmiyyətli gəlirlər,
perspektivli anlaşmalar və müqavilələr zamanıdır.
İnşaat, təmir, habelə daşınmaz əmlakla bağlı məsələlərin çözülməsi
üçün şans yaranıb. Yeni işə başlayıbsınızsa, yeni perspektivlər
istisna deyil.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi yüksəkdir.
Daha fəal, enerjili olun. Güclü rəqiblə toqquşma və ya qarşıdurma
olacaq. Mübarizədə qalib gəlmək üçün fəndgir, soyuqqanlı olun.
Balıqlar - günün ilk yarısındakı çətinliklər sizi təbdən
çıxarmasın. Problemlər müvəqqəti səciyyə daşıyır və bir müddət
sonra onları unuda bilərsiniz. Kiçik əşyalar itəcək, tapılacaq.
Səfərdə gecikmə ola bilər.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Mühüm
işlər planlaşdırıbsınızsa, diqqətli olun. Əks cins mənsubları ilə
ünsiyyət üçün əlverişli zamandır. Yeni informasiya və məlumatlar
əldə edə bilərsiniz.
Dəyər verdiyiniz insanlardan biri ilə axşam saatlarında
görüşəcəksiniz. Romantik hisslər sizi sevindirəcək.